İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlGülbahar Vəliyeva vəfat etdi - FOTO
30 Noyabr 2023 10:01 | Baxış sayı: 645
Sumqayıtın tanınmış inşaatçısı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva vəfat edib.
AJMEDİA.İNFO verir ki, o, 93 yaşında vəfat edib.
Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib. “Oktyabr inqilabı”, “Əmək Şöhrəti”, “Şöhrət” ordenləri ilə təltif olunub. O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medallar, fəxri fərmanlara layiq görülüb.