Bu şəxslər 1500 manatədək cərimə ediləcək - DİQQƏT!
14 saat əvvəlGüclü yağış Batabat yolunda qaya uçqununa səbəb oldu - FOTOLAR
11 Aprel 2024 13:21 | Baxış sayı: 520
Naxçıvan ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.
Əraziyə dərhal Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib
Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.