19 Aprel 2025
Güclü qar yağacaq - Sabahın HAVASI

Güclü qar yağacaq - Sabahın HAVASI

Güclü qar yağacaq - Sabahın HAVASI

27 Dekabr 2024 14:29 | Baxış sayı: 335

Dekabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-10° isti olacaq.


Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2°şaxtadan 3°-dək isti olacaq.