SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlGüclü külək minlərlə evi işıqsız qoyub, qatarların hərəkəti dayanıb
22 İyun 2023 07:11 | Baxış sayı: 623
Çexiyanın bir sıra regionlarında güclü külək minlərlə evi işıqsız qoyub və qatarların hərəkətini dayandırıb.
Bu barədə Çexiya radiosu məlumat yayıb.
Praqa ilə bir neçə şəhər arasında dəmir yolu əlaqəsi kəsilib. Ölkənin bir çox bölgələrində qatarlar qrafikdən gec hərəkət edir.
Bununla yanaşı, ölkənin cənub-qərbində bir neçə yolda avtomobillərin hərəkəti dayandırılıb. Opava şəhəri yaxınlığında yerləşən Otice kəndində güclü külək onlarla evə ziyan vurub. Onların bir çoxunun damları zədələnib.