20 Aprel 2025
Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

08 Aprel 2025 16:35 | Baxış sayı: 403

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.

AJMEDİA.İNFO “qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb.

Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılacaq.

Gözdən əlil şəxsin cinayəti necə törətdiyi və hadisənin motivi məhkəmə istintaqı ilə məlum olacaq.

Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı ilə həbs qətimkan tədbiri seçilib.