20 Aprel 2025
Görünüş 500 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA

Görünüş 500 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA

Görünüş 500 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA

30 Yanvar 2025 10:48 | Baxış sayı: 253

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Naftalan, Qusar, Yevlax, Biləsuvar, Şəmkir, Qobustan, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçalada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.