SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlGoranboyda maşın aşdı - YARALANANLAR VAR
02 Yanvar 2024 09:19 | Baxış sayı: 551
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı rayon sakinləri 2005-ci il təvəllüdlü Nəsibov Əbdürrəhman, 2004-cü il təvəllüdlü Nəsibov Allahverdi və 2006-cı il təvəllüdlü Yolçuyev İbrahim müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.