SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəl“Google”dan Donald Trampa qarşı təxribat - Ördək Donaldı önə çəkir
31 İyul 2024 07:00 | Baxış sayı: 329
Tez-tez gündəmdə olan axtarış sistemləri və sosial media tətbiqləri ilə seçkilərə müdaxilə məsələsi ABŞ-da seçkiqabağı yenidən gündəmə gəlib.
ABŞ-da “Google”da Donald Trampın adı axtarış bölməsinə daxil edildiyi zaman Demokratlar Partiyasından olan prezidentliyə namizəd Kamala Harrislə bağlı xəbərlər ön plana çıxır.
Bu vəziyyət böyük əks-səda doğurub və məşhur milyarder İlon Mask da məsələ ilə bağlı təəccüblü bir görüntü paylaşıb. Mask axtarış sisteminə "Donald" yazılan zaman Trampın ilk sıralarda görünmədiyini yazaraq "Vay, “Google”da prezident Donald Trampa qarşı axtarış qadağası var! Seçkilərə müdaxilə?" yazaraq əyani sübut kimi skrinşot paylaşıb.
Bəzi istifadəçilər isə Donald Trampla bağlı axtarış etdikləri zaman “Google”un onların qarşısına daha çox “Donald Duck”la (Ördək Donald) bağlı nəticələr çıxardığı ilə bağlı paylaşımlar ediblər.