SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Google" ilk qatlana bilən "Pixel Fold" smartfonunu təqdim edib
11 May 2023 01:45 | Baxış sayı: 594
Amerikanın "Google" şirkəti illik konfrans çərçivəsində ilk qatlanan "Pixel Fold" smartfonunu təqdim edib.
Smartfonun iki ekranı olacaq - xarici (5,8 düym) və daxili (7,8 düym). Xarici OLED displey 17,4:9 formatında hazırlanıb. O, 2092x1080 piksel və 120 Hz yenilənmə tezliyi ilə təmin edilib.
Daxili 6:5 formatında olan OLED ekran 2208x1840 piksel və 120 Hz yenilənmə tezliyi ilə təmin edilib.
Smartfon "Google Tensor G2" çipseti bazasında işləyir, cihazın təhlükəsizliyinə isə "Titan M2" çipi cavabdehdir.
"Pixel Fold" 48 meqapiksellik əsas kamera, 10,8 meqapiksellik geniş bucaqlı sensor və 10,8 meqapiksellik teleobyektivə malikdir. Xaricindəki frontal kamera 9,5 meqapiksel, daxili displeydəki isə 8 meqapikseldir.
4821 mAh batareyalı smartfon 30 Vt sürətli enerji doldurma və Qi standartlı simsiz şarjı dəstəkləyir.
"Pixel Fold" smartfonu iyunun 27-də 1,8 min dollara satışa çıxarılacaq.