SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlGömrükdən büdcəyə daxil olan məbləğ açıqlandı
26 İyul 2024 05:50 | Baxış sayı: 491
Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 761 milyon 837,8 min manat həcmində vergi və rüsumlar daxil olub.
Komitənin açıqladığı bu göstərici 2023-cu ilin eyni dövrü ilə müqayisədə 39% və ya 214 milyon 52 min manat artıb.
İyun ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 207 milyon 940,5 min manat təşkil edib. Ay ərzində dövlət büdcəsinə 534 milyon 112,7 min manat ƏDV üzrə daxilolma olub.
Apreldə aksizlər üzrə büdcə daxilolmaları 17 milyon 17,4 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə ötən ay 2 milyon 767,3 min manat olub.//Yeniavaz.com