SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlGeneralın yerinə Vətən Müharibəsi Qəhrəmanı TƏYİN OLUNDU - VİDEO
21 İyul 2023 08:55 | Baxış sayı: 567
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib.
AJMEDİA.İNFO “qafqazinfo”ya istinadən xəbər verir ki, Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı olub.
O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib.
Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonunun və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova “Vətən Müharibəsi” Qəhrəmanı adı verilib.