SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlGəncədə yəhudilərin Pesax bayramı qeyd olunub - FOTO
14 Aprel 2025 15:44 | Baxış sayı: 514
Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub
Gəncədə Yəhudi dini icmasının təşkilatçılığı ilə Pesax bayramına həsr olunmuş tədbir keçirilib.
AJMEDIA.INFO bildirir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin müdiri Həsən Məmmədov, Yəhudi icmasının sədri Arif Babayev, Aleksandr Nevski adına Rus pravoslav kilsəsinin baş keşişi Varfolomey Sotnikov, şəhid ailələri, müharibə veteranları, Yəhudi dini icmasının üzvləri və müxtəlif din xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən ölkədə milli azlıqlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb.
Qeyd edək ki, Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən azad olunmasını simvolizə edən bu bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün davam edir. Bayram günlərində müxtəlif dini ayinlər icra olunur və xüsusi süfrə təşkil edilir.//Gencexeber.az