19 Aprel 2025
Gəncədə və Bakıda təhlükəli xəstəlik YAYILIB

Gəncədə və Bakıda təhlükəli xəstəlik YAYILIB

Gəncədə və Bakıda təhlükəli xəstəlik YAYILIB

06 Noyabr 2024 12:31 | Baxış sayı: 228

Gəncə şəhərindəki yaşıllıqlar - ağaclar və kollar geniş miqyasda xəstəliklərə məruz qalır.


AJMEDİA.İNFO xəbər verir ki, ən çox ziyan çəkən bitkilərin Gəncənin simvollarından sayılan çinar ağacları olduğu bildirilir.


Mütəxəssislərin sözlərinə görə, artıq şəhər ərazisindəki çinar ağaclarının 15 faizindən çoxu ciddi təhlükə ilə üzləşib.


Elmi işçi Gülcamal Ələsgərova bildirib ki, bu ağaclarda aşkar olunan çinar bağacığı insanlarda da narahatlıq yaradır: "Bu zərərvericilər çinarın altında kölgə quran insanların üzərinə düşərək onları dişləyir və allergiya yaranmasına səbəb olur".


Eyni zamanda, qeyd edilib ki, xəstəliklərin qarşısını almaq üçün ağacların gövdəsi yuyulmalı, ətraf təmizlənməli və ölkəyə gətirilən əkin materialları müvafiq şəkildə dezinfeksiya olunmalıdır.