SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlGəncə terrorunda onu xilas edən oğlanla evləndi - FOTOLAR
08 Dekabr 2023 11:23 | Baxış sayı: 607
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş instaqram hesabında bildirib.
Sevilin ailə qurduğu gənc onu terror hadisəsi yaşanan gecə dağıntılar altından çıxaran şəxsdir. O həm də Sevilin sinif yoldaşı olub. O, Talış adlı gənclə ailə qurub.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.