SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlGənc qadın ikinci dəfə adam BIÇAQLADI - Bakıda qanlı OLAY
17 May 2023 07:01 | Baxış sayı: 523
Bakıda bıçaqlanma hadisəsi baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, mayın 16-na keçən gecə Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Gülnarə Allahverdiyeva tanışı, 1988-ci il təvəllüdlü Amil Əşrəfovu bıçaqlayıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən 31 yaşlı qadın saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, G.Allahverdiyeva daha əvvəl də oxşar hadisə törədib və həmin vaxt Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb edilib.