20 Aprel 2025
Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü

Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü

Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü

04 Avqust 2024 18:11 | Baxış sayı: 527

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib.

Reportun məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.