20 Aprel 2025
Gələn ay bu bürclərə ŞANS GƏTİRƏCƏK - Eşq, iş, pul...

Gələn ay bu bürclərə ŞANS GƏTİRƏCƏK - Eşq, iş, pul...

Gələn ay bu bürclərə ŞANS GƏTİRƏCƏK - Eşq, iş, pul...

27 Sentyabr 2023 12:13 | Baxış sayı: 750

2023-cü ilin oktyabr ayında sevgi, karyera və maliyyə vəziyyəti baxımından ən şanslı bürclər açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, astroloqlar gələn ayda bəzi bürclərin maliyyə, işgüzar və romantik münasibətlər baxımından digər bürclərdən daha bəxtəvər olacağı rəyindədir.

Həmin bürcləri təqdim edirik:

TƏRƏZİ:

Astroloqlar qeyd edir ki, oktyabr ayında tərəzilər iş həyatlarında gözlədikləri yüksəlişi əldə edəcəkləri bir dövrə girəcəklər. Həmçinin, onların həyatında sevgi ilə bağlı inkişaf baş verəcək. Tərəzilərin uzun müddətdir axtardıqları sevgini oktyabrda tapacağı iddia edilir.

ƏQRƏB:

Ehtirasları ilə tanınan əqrəblərin oktyabr ayında ciddi sevgi münasibəti yaşayacağı və maliyyə rifahı dövrünün başlanacağı bildirilir.

OĞLAQ:

Oğlaqlara gəldikdə isə onların oktyabr ayına girdikdə bir çox problemləri geridə qoyacağı, ailə problemlərinin öhdəsindən gələcəyi, habelə eşq həyatlarında xoşbəxt bir dövrə girəcəkləri qeyd olunur.