20 Aprel 2025
"Gecə saat 2-də mənə mesaj yazdı ki..." - Xoşqədəmdən itkin düşən oğlanla bağlı açıqlama

"Gecə saat 2-də mənə mesaj yazdı ki..." - Xoşqədəmdən itkin düşən oğlanla bağlı açıqlama

"Gecə saat 2-də mənə mesaj yazdı ki..." - Xoşqədəmdən itkin düşən oğlanla bağlı açıqlama

04 Mart 2024 13:57 | Baxış sayı: 662

Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 12 yaşlı Rasim Xankişiyevin axtarışları davam edir.

AJMEDİA.İNFO sonxeber.az-a istinadən xəbər verir ki, ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, gecə saat 2-də Rasim adı ilə mənə yazıb:

“Salam Xoşqədəm xala necəsən? Anam necədir? Sizə yazan Rasimdir. Saat 4-də kimi o nömrəyə zəng etdim. Sonra telefonu götürən şəxs bildirdi ki, Rasimi Xudafərində narkotacilərin içərisində görmüşəm. İrandan gələn zənglər məni narahat etməyə başladı.Qaragüvəndikli kəndi İranla sərhəddə yerləşir. Həmin sərhəddə dəfələrlə əməliyyat keçirilib, saxlanılanlar var. 50 il əvvəl Qaragüvəndikli kənddində dəhşətli qətl hadisəsi baş verib. Həmin kanalın ətrafında qətlə yetirilən insanın qabırğalarını və əl-qolunu atıblar. 50 ildən sonra Rasimin paltarları səpələndi”.