20 Aprel 2025
G7 ölkələri Ukraynaya ayrıca təhlükəsizlik zəmanətləri təklif edəcək

G7 ölkələri Ukraynaya ayrıca təhlükəsizlik zəmanətləri təklif edəcək

G7 ölkələri Ukraynaya ayrıca təhlükəsizlik zəmanətləri təklif edəcək

11 İyul 2023 18:10 | Baxış sayı: 485

G-7 ölkələri Ukraynaya ayrıca təhlükəsizlik zəmanətləri təklif edəcək.

Bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” xəbər yayıb.

Bildirilib ki, Ukrayna üçün ayrıca təhlükəsizlik təminatlarının elan edilməsi G7 liderlərinin Vilnüsdə keçiriləcək ikigünlük NATO sammiti çərçivəsində bəyannaməsinin tərkib hissəsi olacaq: “ABŞ və digər iştirakçı ölkələr havada, quruda və dənizdə qabaqcıl hərbi texnika təmin etməklə, hava hücumundan müdafiə sistemləri, artilleriya, uzaqmənzilli və zirehli texnikaları prioritetləşdirməklə Ukrayna ilə konkret uzunmüddətli təhlükəsizlik öhdəlikləri üzərində işləyəcək”.

Qeyd edilib ki, bu zəmanətlər Ukraynanın NATO üzvü olmadığı halda ona dəstək səylərinin bir hissəsi olacaq: “Kiyevin müttəfiqləri həmçinin Ukrayna və NATO-nun imkanları arasında qarşılıqlı əlaqəni asanlaşdıracaqlar. Onlar ölkənin müdafiə sənayesinin inkişafını dəstəkləyəcək, onun qoşunlarına təlimlər keçəcək, kəşfiyyat məlumatları paylaşacaq və kibermüdafiəni gücləndirəcək”.

Avropa İttifaqı isə Ukraynaya raketlər və döyüş təyyarələri kimi daha müasir silah sistemlərinin verilməsini dəstəkləyəcək.