20 Aprel 2025
FTB-nin Trampın Rusiya ilə əlaqələrindən şübhələnməsi üçün heç bir əsas yoxdur

FTB-nin Trampın Rusiya ilə əlaqələrindən şübhələnməsi üçün heç bir əsas yoxdur

FTB-nin Trampın Rusiya ilə əlaqələrindən şübhələnməsi üçün heç bir əsas yoxdur

16 May 2023 03:00 | Baxış sayı: 652

2016-cı il seçkilərinin nəticələrindən sonra ABŞ kəşfiyyat xidmətlərinin keçmiş prezident Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri ilə bağlı araşdırma başlatmağa əsası yox idi.

Bu barədə ABŞ-ın xüsusi prokuroru Con Daremin hesabatında bildirilir.

"Xüsusi prokuror Con Durham belə qənaətə gəlib ki, FTB 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın kampaniyası ilə Rusiya arasında əlaqələrə dair tam hüquqlu araşdırmaya başlamamalı idi", - deyə hesabatda bildirilir.

300 səhifəlik hesabatda qeyd edilir ki, kəşfiyyat qurumu təhqiqatın başlanmasını stimullaşdırmaq üçün “xam və təsdiqlənməmiş kəşfiyyat məlumatlarından” istifadə edib.

Bundan əlavə, hesabatda sözügedən araşdırmada iştirak edən bəzi FTB rəsmilərinin faktlara deyil, inanclarına əsaslanaraq D.Trampa qarşı araşdrıma başlatdıqları deyilir.

2019-cu ilin yayında ABŞ-ın o zamankı baş prokuroru Uilyam Barr Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı aparılan təhqiqatın əsaslılığını qiymətləndirmək üçün Konnektikut prokuroru Con Daremi təyin etmişdi.