20 Aprel 2025
“Freedom House”dan hesabat: Azərbaycan 34 xalla yenə “qeyri-azad” ölkələr sırasında yer alıb

“Freedom House”dan hesabat: Azərbaycan 34 xalla yenə “qeyri-azad” ölkələr sırasında yer alıb

“Freedom House”dan hesabat: Azərbaycan 34 xalla yenə “qeyri-azad” ölkələr sırasında yer alıb

18 Oktyabr 2024 09:59 | Baxış sayı: 1127

“Freedom House” insan haqları təşkilatı “İnternet azadlığı 2024" adlı hesabatını açıqlayıb. Hesabatın əhatələdiyi 72 ölkədən 27-sində onlayn insan haqlarının müdafiəsinin zəiflədiyi, 18-də isə təkmilləşdiyi bildirilir.

100 bal internetin ən azad, 0 isə ən az azad olduğu ölkə deməkdir. 100-70 xal yığan ölkələr azad, 69-40 xal qismən azad, 39-0 xal yığanlar isə qeyri-azad ölkələr sayılıblar.

Reytinqin necə hesablanmasına gəlincə, burada internetə çıxışa əngəllər, kontentə məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması nəzərə alınıb.

“Turan”ın məlumatına görə, Azərbaycan 34 xalla yenə “qeyri-azad” ölkələr sırasında yer alıb, ötən illə müqayisədə 3 xal itirib. Belarus, İraq və Zimbabve Azərbaycanla bir sırada yer alıblar, 3 xal az qazanıb. Ən böyük düşüşü isə 4 xal geriləmə ilə Qırğızıstan əldə edib. Azərbaycanın qonşularından Rusiya, Türkiyə, İran “qeyri-azad” ölkələr sırasındadır. Gürcüstan və Ermənistan isə 74 xalla “azad” ölkələr kateqoriyasına salınıb.//Musavat.com