SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlFransız futbolçunun Ərdoğanla bağlı dedikləri GÜNDƏM OLDU: "Ən çox onu..."
07 Sentyabr 2023 12:17 | Baxış sayı: 604
"Qalatasaray"ın futbolçusu Saşa Boey Fransa mətbuatına açıqlama verib.
AJMEDİA.İNFO xəbər verir ki, jurnalist futbolçudan “Qalatasaray”ın paltardəyişmə otağında oyunçuların siyasi mövqelərinin necə olduğunu soruşub. Futbolçu paltardəyişmə otağında Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəkçilərinin, yoxsa əlehdarlarının daha çox olduğu barədə suala belə cavab verib:
“Türkiyədə bu, çox həssas bir mövzudur. Tanınmış oyunçuların bu mövzuda fikirlərini bildirməsi çox çətindir, amma soyunub-geyinmə otağımızda Ərdoğanın daha çox dəstəkləndiyini deyə bilərəm”.
"Səudiyyə Ərəbistanından 100 milyon avro maaş təklifi alsanız, gedərdinizmi?" sualına futbolçu, "Əlbəttə. Gələcəyi düşünmək lazımdır. Ailəyə yaxşı yaşayış şəraiti qurmaq vacibdir. Benzemanı çox tənqid etdilər, amma belə bir təklifə necə yox deyə bilərsən, ondan imtina edə bilməzsən. Realist olmaq lazımdır” cavabını verib.