19 Yanvar 2025
Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 77 dəfə artıb

Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 77 dəfə artıb

Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 77 dəfə artıb

11 Dekabr 2024 16:00 | Baxış sayı: 785

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 4 milyard 522,6 milyon dollar olub.
AJMEDİA.İNFO açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon dollar artıb.

Bu ilin ilk 9 ayında birbaşa xarici investisiyaların 28,8%-i (1 milyard 304 milyon dollar) Böyük Britaniyanın payına düşüb.

Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 77 dəfə artaraq 1,2 milyon dollardan 91,6 milyon dollara yüksəlib. Bu dövrdə Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi isə 3 dəfə azalaraq 294,5 milyon dollardan 97,9 milyon dollara düşüb.

Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin ilk 10-luğu belə olub:

Böyük Britaniya – 28,8% (1 milyard 304 milyon dollar);
Türkiyə – 20,2% (912 milyon dollar);
Kipr – 12,2% (553,7milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 7,9% (356,3 milyon dollar);
İran – 6,1% (275,9 milyon dollar);
Yaponiya – 4% (180,6 milyon dollar);
Macarıstan – 3% (133,7 milyuon dollar);
Norveç – 2,3% (102,6 milyon dollar);
ABŞ – 2,3% 102,2 milyon dollar);
Rusiya – 2,2% (97,9 milyon dollar);
Fransa – 2,2% (91 633 milyon dollar).

yeniavaz.com