İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlFransalı ekspert: "Fransa hökuməti müxalifəti sıxışdırır"
03 İyul 2023 17:22 | Baxış sayı: 549
"Fransa hökuməti ölkədə müxalifəti sıxışdırır".
Bu fikirləri böhranlar zamanı kommunikasiya üzrə ekspert və təşkilatlar yanında strateji məsləhətçi Jan-Fransua Duma (Jean-Francois Dumas) bildirib.
Onun sözlərinə görə, Fransada baş verən bugünkü böhran və son hadisələr 20 ildən çoxdur ki, ölkədə aparılan yanlış siyasətin əlamətlərindən biridir:
"Hazırda ölkədə baş verənlərə ölkə rəhbəri Emmanuel Makron biganə münasibət bəsləyir. Parisətrafı şəhərlərdə əhalinin çox ciddi inteqrasiya problemi var. Əgər bu gün oradakı insanlar bizə, tariximizə, cəmiyyətimizə qarşı münaqişəyə giriblərsə burada yalnız özümüz günahkarıq. Emmanuel Makron gəlmələri ölkəyə buraxır. Bunun müqabilində ölkədə onları qəbul etmək, yerləşdirmək, mənzillə təmin etmək, inteqrasiyalarını təmin etmək üçün heç bir şərait yoxdur. Miqrantlar ictimai yerlərdə dağıntılar törədir, ticarət obyektlərini talan edirlər. Çünki bilirlər ki, onlara münasibətdə ciddi tədbirlər görülməyəcək. Son hadisələr zamanı dəyən maddi ziyanın müqabilində biz çox az sayda insanın həbs edildiyinin şahidi olduq".