20 Aprel 2025
Fransadan Azərbaycana qarşı növbəti təxribat

Fransadan Azərbaycana qarşı növbəti təxribat

Fransadan Azərbaycana qarşı növbəti təxribat

27 İyul 2024 10:47 | Baxış sayı: 637

2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat xarakterli davranış sərgilənib.

AJMEDİA.İNFO xəbər verir ki, Fransanın "France 2" telekanalında açılış mərasimində canlı yayım zamanı aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakteri daşıyan ifadələr səsləndirib.

Belə ki, erməni komandasının keçidi zamanı telekanalın aparıcılarından biri Ermənistana qarşı dostluq ifadə edib. Bununla yanaşı o, Azərbaycanın Ermənistan tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarını işğaldan azad etməsinə yönəlik provokativ fikirlər səsləndirib.

Aparıcının Ermənistan komandası ilə bağlı səsləndiridiyi fikirlər kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib. Bu isə Azərbaycanda haqlı narazılıqlara səbəb olub.

Fransa Olimpiya Oyunlarının tarixi və təməl prinsiplərini pozaraq, ondan Azərbaycana qarşı qərəzini ifadə etmək üçün vasitə olaraq istifadə etdi.

Azərbaycanda bu təxribat xarakterli davranışın yaratdığı narazılıq nəzərə alındığı zaman, Fransaya qarşı rəsmi cavab verilməsi gözlənilə bilər.//Day.az