20 Aprel 2025
Fransada sinaqoqu partlatmağa cəhd ediblər

Fransada sinaqoqu partlatmağa cəhd ediblər

Fransada sinaqoqu partlatmağa cəhd ediblər

24 Avqust 2024 12:40 | Baxış sayı: 329

Fransanın Hera departamentində sinaqoq yaxınlığında binanın qarşısında dayanmış iki avtomobilin yandırılmasından sonra partlayış baş verib.

Bu barədə BFMTV xəbər verir.

Hadisə zamanı bir bələdiyyə polisi yaralanıb.

Ehtimallara görə, avtomobillərdən birində qaz balonu gizlədilib. Partlayışın səbəbi bu ola bilər.

Fövqəladə hadisə yerinə istehkamçılar və jandarmlar gəliblər.

Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib ki, təcavüzkarın tapılması üçün bütün resurslardan istifadə olunur. Hero departamentinin prefekti də təxribatı pisləyib və bildirib ki, o, hüquq-mühafizə orqanlarından sinaqoqlarda və digər yəhudi qurumlarında təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edir.