SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlFransada qalmaqal - Hökumət hələ də qurulmayıb
27 Avqust 2024 15:20 | Baxış sayı: 583
Fransada keçirilən növbədənkənar ümumi seçkilərdən təxminən 2 aya yaxın vaxt keçsə də hökumət hələ də formalaşmayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fransanın ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiadası zamanı dayandırdığı hökumət quruculuğu prosesini ötən həftə Yelisey sarayında parlamentdəki partiya liderləri və siyasi qrupların nümayəndələrini qəbul edərək yenidən başladan prezident Emmanuel Makron seçki nəticələrinə məhəl qoymamaqda günahlandırılır.
Makron “sabit və əhatəli çoxluq” hökumətinin qurulması üçün danışıqların davam etdiriləcəyini açıqlasa da, sol ittifaq Makronun yanaşmasından narazı olduğunu bildirib.