20 Aprel 2025
Fransada polis meriya binasını yandırmağa cəhd edən şəxsi yaralayıb

Fransada polis meriya binasını yandırmağa cəhd edən şəxsi yaralayıb

Fransada polis meriya binasını yandırmağa cəhd edən şəxsi yaralayıb

21 Avqust 2024 18:00 | Baxış sayı: 310

Fransanın cənub-qərbindəki Anqulem şəhərində bir nəfərin meriya binasını yandırmağa cəhd etdiyi yerdə atışma baş verib. Hücum edən şəxs yaralanıb.

Bu barədə ladepeche.fr saytı xəbər verir.

Fransa xarici işlər naziri Jerald Darmanen özünün "X" sosial şəbəkə hesabında məlumat verdiyi kimi, hücum edəndən başqa heç kim xəsarət almayıb.

"Anqulem şəhər meriyasının binasında yanğın törətməyə cəhd edən şəxs bələdiyyə polisi tərəfindən zərərsizləşdirilib, başqa itki yoxdur", - deyə nazir qeyd edib.