Fransada müsəlman idmançılara QADAĞA
19 Fevral 2025 14:15 | Baxış sayı: 796
Fransada idman yarışlarında hicab geyinmək qadağan olunub.
AJMEDİA.İNFO xəbər verir ki, qanun layihəsi Fransa parlamentinin yuxarı palatası olan Senatda təsdiqlənib.
Qanun layihəsi 210 lehinə, 81 əleyhinə səslə qəbul olunub.
Müzakirələr zamanı Lüksemburq sarayında bəzi senatorlar arasında gərginlik, fikir ayrılığı və mübahisələr yaşanıb.