20 Aprel 2025
Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ

01 May 2024 14:00 | Baxış sayı: 415

Fransanın xarici işlər naziri Stefan Sejurne İsrailə səfəri çərçivəsində Baş nazir Benyamin Netanyahu ilə görüşüb.


AJMEDİA.İNFO xəbər verir ki, Sejurne bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“Biz İsraildə Benyamin Netanyahu ilə fikir mübadiləsi apardıq. Balanslaşdırılmış siyasətimiz dəyişməz olaraq qalır: girovlar azad edilməlidir, atəşkəs bağlanmalıdır. Bundan əlavə, de-eskalasiya Livandan başlamalıdır. Bunlar İsraildə və regionda sülhün bərqərar olması üçün şərtlərdir”, - Sejurne yazıb.

Əlavə edək ki, o, İsraildən olan həmkarı İsrael Katz ilə də görüşüb. Nazirlər Livan-İsrail sərhədindəki vəziyyəti müzakirə ediblər.(Sfera.az)