20 Aprel 2025
Fransa səfiri prezident İlham Əliyevə cavab verib

Fransa səfiri prezident İlham Əliyevə cavab verib

Fransa səfiri prezident İlham Əliyevə cavab verib

19 Dekabr 2024 22:23 | Baxış sayı: 549

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın RİA agentliyinə müsahibəsində ölkəni "uğursuz dövlətə" çevirən prezident Makronun başçılığı ilə Fransa hökumətini tənqid edib.

"Hazırda Makron rejimi mahiyyətcə Fransanı uğursuz dövlətə çevirir", - Əliyev deyib.

Bu gün Fransanın Azərbaycandakı səfiri Əliyevin sözlərinə istehza edərək Azərbaycan vətəndaşlarının başqa cür düşündüklərinə eyham vurub.

" Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?”, - o, X sosial şəbəkəsindəki hesabında yazıb.//Turan.az