SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlFransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb
27 Mart 2023 06:23 | Baxış sayı: 929
Fransa Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını pisləyib.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Xarici siyasət idarəsi qeyd edib ki, Rusiyanın START müqaviləsini pozmasından və Rusiyanın bu müqavilədə iştirakını dayandırmasından sonra Belarusla saziş özündə “Avropada silahlara nəzarət və strateji sabitliyin beynəlxalq arxitekturasının daha da aşınmasını” ehtiva edir.
“Fransa Rusiyanı nüvə silahına malik olan dövlətdən gözlənilən məsuliyyəti göstərməyə və bu sabitliyi pozan sazişdən (Belarusla nüvə silahının yerləşdirilməsi ilə haqqında – red.) çıxmağa çağırır”, - bəyanatda bildirilib.