SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlFransa Ermənistana 50 ədəd zirehli transportyor göndərir
15 İyun 2023 14:06 | Baxış sayı: 585
Fransa Ermənistana 50 ədəd VAB MK3 zirehli transportyoru tədarük edəcək.
“Sputnik-Ermənistan” xəbər verir ki, Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuy tədarüklər haqqında danışıb.
Çatdırılmaların şərtləri və cədvəli barədə məlumat verilmir. Zirehli texnikanın açıq mənbələrdə tədarükü ilə bağlı məlumatlar mayın ortalarında yayılmağa başlayıb. Lakin Fransa tərəfdən heç bir şərh verilməyib.
Dupuynun sözlərinə görə, qeyd olunan vəsaitlə yanaşı, Ermənistan tərəfindən Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının da alınması imkanları müzakirə olunur.
IPSE-nin rəhbəri əlavə edib ki, Fransanın İrəvandakı səfirliyinə qarşıdakı hərbi attaşe təyinatı ilə Ermənistan-Fransa müdafiə əməkdaşlığı fəallaşacaq. Attaşenin təyin olunmasını aprel ayında Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı elan edib.yeniavaz.com