SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlFloridada fövqəladə vəziyyət elan edilib
14 Aprel 2023 14:16 | Baxış sayı: 552
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Brauard dairəsində güclü yağışın səbəb olduğu daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edib.
Bu barədə qubernator tviterdə yazıb.
“Mən şiddətli daşqın səbəbindən Brauard dairəsində fövqəladə vəziyyət elan edirəm”.
Floridanın cənubundakı bu bölgədə daşqından ən çox zərər çəkən böyük Fort-Loderdeyl şəhəridir. Qubernator bildirib ki, hadisə yerində müvafiq təcili xidmətlər işləyir. Eyni zamanda, Desantis sakinləri daşqınlara uğramış ərazilərdən uzaq durmağa çağırıb.
Xatırladaq ki, Florida ştatının cənubunda davam edən leysan daşqınlara səbəb olub, artıq 500 mm-ə qədər yağıç yağıb.