SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl“Fitch” Qazaxıstanın kredit reytinqini sabit proqnozla “BBB” səviyyəsində təsdiqləyib
27 May 2023 02:30 | Baxış sayı: 362
Beynəlxalq reytinq agentliyi “Fitch” Qazaxıstanın suveren kredit reytinqini sabit proqnozla “BBB” səviyyəsində təsdiqləyib.
Bu barədə ölkənin hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Fitch” beynəlxalq reytinq agentliyi suveren kredit reytinqini “BBB” səviyyəsində təsdiqləyib, proqnoz stabildir. Qazaxıstan Respublikasının reytinqini dəstəkləyən əsas amillər xarici şoklara davamlılığını sübut edən güclü fiskal və xarici balansdır”, - deyə hesabatda deyilir.
Agentliyin hesabatında qeyd olunur ki, əhəmiyyətli aktiv buferləri fiskal çevikliyi təmin edir və Qazaxıstanın iqtisadi sabitliyini dəstəkləyir.