SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlFinlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq
03 Aprel 2023 15:08 | Baxış sayı: 521
Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq.
Bu barədə bu gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O qeyd edib ki, Finlandiya sabah alyansa 31-ci üzv kimi qoşulacaq. Ölkənin bayrağı NATO-nun mənzil-qərargahında dalğalanacaq.
Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.
Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.
Finlandiya bundan əvvəl NATO üzvü olan 29 ölkədən təsdiq almışdı.