SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlFinlandiya Rusiya vətəndaşları üçün ölkəyə giriş məhdudiyyəti qoyub
10 İyul 2023 02:46 | Baxış sayı: 480
Finlandiya bir sıra Rusiya vətəndaşlarının ölkəyə girişini sərtləşdirib.
Məhdudiyyətlər iyulun 10-dan qüvvəyə minib.
Dəyişikliklər iş adamlarına, abituriyentlərə və mülk sahiblərinə təsir edəcək. Belə ki, iş adamları digər Avropa İttifaqı ölkələrinə tranzit imkanı olmadan yalnız Finlandiyaya daxil ola biləcəklər və onlar ölkədə olmalarının səbəbini də göstərməlidirlər. Ölkədə mülk sahibləri olan şəxslər Finlandiyaya səfər səbəbini izah etməli olacaqlar.
Tələbələrə dərəcə və ya ixtisasa aparan təhsil proqramlarında iştirak etməyə icazə veriləcək. Oxşar qaydalar kurs iştirakçılarına da şamil edilir. Yeni qayda qeyri-müəyyən müddətə qüvvədə olacaq.