SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlFikrət Məmmədov və Mübariz Qurbanlı yeni kabinetdə yer almayıb
16 Fevral 2024 11:28 | Baxış sayı: 777
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi barədə bu gün Sərəncam imzalayıb.
AJMEDİA.İNFO APA-a istinadən xəbər verir ki, kabinetin yeni tərkibində yalnız ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb.
Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.
Gözlənildiyi kimi, Dövlət başçısı yeni kabinetdə ciddi dəyişiklik aparmayıb.
Qeyd edək ki, APA dünən öz mənbələrinə istinadən Nazirlər Kabinetinin tərkibində böyük dəyişiklik gözlənilmədiyini yazmışdı.