20 Aprel 2025
Fevralın 26-dan etibarən... - XƏBƏRDARLIQ!

Fevralın 26-dan etibarən... - XƏBƏRDARLIQ!

Fevralın 26-dan etibarən... - XƏBƏRDARLIQ!

25 Fevral 2023 12:53 | Baxış sayı: 528

Sabah yollarda görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, sabah və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.