20 Aprel 2025
Fərda Amin: "Azər Axşam mənim üçün heç kimdir" - VİDEO

Fərda Amin: "Azər Axşam mənim üçün heç kimdir" - VİDEO

Fərda Amin: "Azər Axşam mənim üçün heç kimdir" - VİDEO

20 May 2024 11:38 | Baxış sayı: 515

Aktyor Fərda Amin həmkarı Azər Axşamın onun haqqında verdiyi qalmaqallı açıqlama barədə danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, Fərda onu aktyor kimi samayan həmkarı haqqında "Azər Axşam mənim üçün heç kimdir" sözlərini söyləyib. O bu barədə "Zarafatyana şousu"nda qonaq olarkən deyib.

Xatırladaq ki, verilişlərdən birində Azər Axşam Fərdanı aktyor kimi saymadığını bildirib.

"Bu sənətdə aktyorlar sırf peşəkarlar sayılır. Türkiyədə çox gözəl söz var "oyuncu", bir də var aktyor. Hər kəs "oyuncu" ola bilər, amma hər kəs aktyor ola bilməz. Əgər mən Fərdaya aktyor deyirəmsə, onda mən kiməm? Aktyorluq təhsilini almışam, bu sənətə yiyələnmişəm, bu sənətin diplomunu almışam. Ona görə də, aktyor adını qazanmışam" - deyə, Azər Axşam qeyd edib.