SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlFələstin mediası: İsrailin gizli agentləri Nablusda gündüz saatlarında əməliyyat keçirib
22 Mart 2023 13:59 | Baxış sayı: 570
Fələstin mediası xəbər verir ki, İsrail ordusunun Mistarvim bölməsinin gizli agentləri HƏMAS fəalını həbs etmək üçün Nablusda əməliyyat keçiriblər.
Saxlanma zamanı şübhəli şəxs yaralanıb. Əməliyyatın görüntüləri sosial şəbəkələrdə yayılıb. İDF hələlik bu məlumatı rəsmi şərh etməyib.
Bu gün günortadan sonra Nablusun Əl-Mreyc bölgəsində mistarvim bölmələri müqavimət göstərən və güllə yarası alan şübhəlinin tutulması üçün əməliyyat keçirib, sonra o, hadisə yerindən aparılıb.
Fələstin mənbələrinin bildirdiyinə görə, həbs edilən şəxs bir müddət əvvəl İsrail həbsxanasından azad edilmiş və terrorçu maddələrlə cəza çəkdiyi Məhəmməd Saleh Həmdandır. Bəzi məlumatlara görə, Həmdan Həmas fəalıdır.