SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlFaiq Ağayevdən 7 yaşlı Fəridin dəhşətli ölümü ilə bağlı PAYLAŞIM
03 May 2023 08:43 | Baxış sayı: 620
Xalq artisti Faiq Ağayev 7 yaşlı Fərid Bakarovun həyatını itirməsi ilə bağlı paylaşım edib.
AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında status yayımlayıb.
"Son vaxtlar məktəblərdə, uşaq evlərində, sərnişindaşıma (ictimai nəqliyyat və taksi) və idman təlimi sahələrində baş vermiş neqativ hallar bir daha təsdiqləyir ki, adıçəkilən sferalarda işə qəbul zamanı psixoloji yoxlamanın rolu danılmaz və mütləqdir. Yaramaz müəllim, məşqçi, sürücülərin insan həyatları ilə oynamaqlarına son qoyulmalıdır", - deyə F.Ağayev vurğulayıb.
Qeyd edək ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib.
Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, vəfat edib.