19 Aprel 2025
Faciəvi şəkildə ölən tələbə qızın nişanlısından ürəkdağlayan paylaşım - VİDEO

Faciəvi şəkildə ölən tələbə qızın nişanlısından ürəkdağlayan paylaşım - VİDEO

Faciəvi şəkildə ölən tələbə qızın nişanlısından ürəkdağlayan paylaşım - VİDEO

09 Oktyabr 2024 14:11 | Baxış sayı: 299

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


AJMEDİA.İNFO shownews.az-a istinadən xəbər verir ki, vəfat edən 21 yaşlı qızın nişanlısı duyğulandıran paylaşım edib:


"Arzum qısa müddətdə səni gəlinliklə qarşımda görmək istəyirdim. Daha öz əllərimlə ağ kəfəndə məzara qoymağı deyil. 6 ildir əllərimin içində saxladım səni. Amma Allah səni məndən aldı. Təsəlli almağa heç nə tapa bilmirəm. Şəkillərinə baxa-baxa içim yanır. Üzümün nuru, gözümün işığı, ay parçam..."


Qeyd edək ki, 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.