11 Dekabr 2024
Əvvəl "priton" idi, indi ''Vətən'' olub - Məşhur restoranda soyğunçuluq - FOTO

Əvvəl "priton" idi, indi ''Vətən'' olub - Məşhur restoranda soyğunçuluq - FOTO

Əvvəl "priton" idi, indi ''Vətən'' olub - Məşhur restoranda soyğunçuluq - FOTO

07 Dekabr 2023 11:01 | Baxış sayı: 597

Yolun kənarındakı "Vətən" adı dostumla məni yolumuzdan döndərir.

İnsafən, yaxşı düzəldiblər, müştəriləri qarşılayan xanımın üzündən zəhər, xidmətçi bəylərin gözündən yuxu tökülsə də, ab-hava pis deyil. Təcili nahar edib çıxacağımızı dedik. İstədiyimiz yeməklərin heç biri yoxdur. Ofisiant "hisə verilmiş dana" məsləhət bilir. "Xolodnı"dan çox seçmirik - göyərti, turşu, içməyə ''Sirab'', vəssalam.

Bir az keçmiş bir nəfərlik tavada yemək gəlir. Baxan kimi tərifə uyğun olmadığını görsəm də, dostumun iştahını küsdürməmək üçün heç nə demirəm. Uzağı 100 qram ət, yanında da dilimlənmiş kartof. Kartof demək olar ki, bişməyib, bəlkə də, hisə dana əti yox, məhs kartof verilib. Çox keçmir, qurman dostum, dərhal ifşa edir: "Burada nə dana əti var, nə də his. Allah bilir, nə ətinə barbekü sousu qatıb, hisə verilmiş dana əti adıyla verməyin''. Araya zarafat qatıb, tələsik yeyirik. İki nəfərə demək olar ki, çatmır.

Hesab istəyəndə təəccüblənirik - 82 manat 83 qəpik. Bizə bir pors kimi görünən yeməyi üç pors yazıblar.

Qiymətlər belədir:

Turşu - 8 AZN

Göyərti - 4 AZN

Təndir çörəyi (ağ) - 4 AZN

Təndir çörəyi (qara) - 1,80 AZN

Lavaş - 0,50 AZN

Sirab - 3 AZN

Can əti hisli kartof ilə - 54 AZN

Tam məbləğ - 75,30 AZN

Servis - 7,53 AZN

Yekun - 82,83 AZN

Qiymətlərin baha olduğunu deyəndə ofisiant hamının narazı olduğunu, hətta qiymətlərə ofisiantların da etiraz etdiyini bildirir: "'Sizə hələ yaxşı yazıblar. Burada iki nəfərlik nahar 150 manatdan az olmur".

Administratoru otağa dəvət edib, pors sayının çox, qiymətlərin baha olduğunu demək istəyirik. Özü gəlmir, sifariş göndərir: ''Əvvəldən deyilsəydi ki, nahar edəcəkdilər, qiymətlər fərqli olardı. Bundan sonra gələndə fərqi görərlər''.

Bundan sonrakı söhbətləri, ofisiantların münasibəti, administratorun bir dələduz kimi rəftarını detallı yazmaq istəmirik. Bəlkə bu restoranın adı ''Vətən'' olmasaydı, kabinetlərinin hərəsinə bir rayonumuzun adı verilməsəydi, orada müşatərilərə ərəb turistlər kimi baxmaları adama toxunmazdı.

Maraqlıdır ki, bu restoran bir neçə il əvvələ qədər Bakının iki-üç "priton"undan biri olub. Sonra adını ''Vətən'' qoyub restorana çeviriblər. Ad dəyişsə də, əxlaq, niyyət dəyişməyib... (Bakupost.az)

AJMEDİA.İNFO