SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlEvli sevgilisi tərəfindən döyülən model Razinin bahalı avtomobilini BU HALA SALDILAR - FOTO
05 İyun 2023 08:04 | Baxış sayı: 797
Tanınmış model Razi Əliyevanın “Mercedes” markalı avtomobili yararsız hala salınıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə informasiyanı "İnsanoid" Telegram kanalı yayıb.
Mənbə yazır ki, lüks avtomobili bu hala Ziya Hüseynzadə salıb.
İlkin məlumatlara görə, Hüseynzadə modelə hədiyyə etdiyi 220 min manat dəyərində avtomobili ondan geri tələb edib. İstədiyini əldə edə bilməyən Z. Hüseynzadə bu əməli törədib.
Bundan əvvəl sosial şəbəkələrdə naməlum şəxslər R. Əliyeva ilə bağlı videolar paylaşıblar. Bu videolarda Ziya adlı şəxs onu xəyanətdə ittiham edir.
Faktlarla bağlı bir neçə maddələr üzrə cinayət işi başlanılıb. Hüseynzadə istintaq zamanı 4 ay müddətinə həbs edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.