20 Aprel 2025
Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? - QİYMƏTLƏR

Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? - QİYMƏTLƏR

Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? - QİYMƏTLƏR

13 Dekabr 2024 09:49 | Baxış sayı: 403

Son illər günəş panellərinin qiymətlərində ucuzlaşma müşahidə edilir.

AJMEDIA.INFO Xezerxeber.az-a istinadən məlumat verir ki, Azərbaycanda günəş panellərindən istifadə artıb.

Alternativ enerji üzrə mütəxəssis Sulduz Abbasov bilidirib ki, daha çox böyük müəssisələr və ticarət obyektləri, öz enerji ehtiyaclarını qarşılamaq və xərcləri azaltmaq məqsədilə günəş panelləri quraşdırırlar. Günəş enerjisi sistemi neçə kilovat gücündədirsə, qiymət o qədər yüksək olur.

Bir ev üçün, adətən, 3-5 kilovat gücündə bir sistem kifayətdir. Kiçik sistemlərin quraşdırılması yalnız avadanlıq və quraşdırmanı əhatə etməklə 2 000 - 3 500 AZN arasında ola bilər. Böyükölçülü sistemlərin quraşdırılması daha yüksək, təxminən 8 000 - 15 000 AZN arasında qiymətləndirilir.