20 Aprel 2025
Evi başına uçurdulan vətəndaş şirkətdən 2 MİLYON MANAT istəyib? - AÇIQLAMA

Evi başına uçurdulan vətəndaş şirkətdən 2 MİLYON MANAT istəyib? - AÇIQLAMA

Evi başına uçurdulan vətəndaş şirkətdən 2 MİLYON MANAT istəyib? - AÇIQLAMA

28 Mart 2025 18:32 | Baxış sayı: 357

"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.


Bəs görəsən, bu iddia həqiqəti əks etdirir?


AJMEDİA.İNFO bildirir ki, Şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.


O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:


"Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub".