İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəl“Europol”un birgə kommunikasiya mərkəzi açılıb
23 İyun 2023 04:08 | Baxış sayı: 560
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa İttifaqının polis xidmətinin - “Europol” birgə kommunikasiya mərkəzi açılıb.
Bosniya və Herseqovinanın “Europol” ilə əməkdaşlığı çərçivəsində açılan mərkəzdə polis orqanlarının müxtəlif bölmələrinin 16 əməkdaşı çalışacaq.
Mərasimdə Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç, “Europol”un direktor müavini Jan Filip Lekuf və Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı nümayəndəliyinin rəhbəri Yohan Setler iştirak ediblər.
Bosniya və Herseqovinanın “Europol”un sıralarına daxil olmasından və birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub, Bosniya və Herseqovinanın Aİ-yə üzvlük yolunda möhkəm addımlar atdığı bildirilib. Mərkəzin fəaliyyətə başlaması ilə ölkədə informasiya axınının asanlaşacağı da vurğulanıb.