20 Aprel 2025
Etna vulkanına görə uçuşlar təxirə düşdü

Etna vulkanına görə uçuşlar təxirə düşdü

Etna vulkanına görə uçuşlar təxirə düşdü

06 Avqust 2024 05:33 | Baxış sayı: 318

Etna vulkanının püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuş və enişlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

Təbiət hadisəsi səbəbindən aeroportun bir hissəsini bağlanıb. Məhdudiyyətlər çox sayda səyahətçiyə təsir edib.

İtaliyanın hakimiyyət orqanları əhalini və turistləri ölkənin cənubuna və mərkəzinə səyahətə çıxmamağı tövsiyə edib.

“Fontanarossa” aeroportu hazırda tüstünün azaldığını, hava limanında işin normala döndüyünü, gecikmələrin və məhdudiyyətlərin tez bir zamanda aradan qaldırılacağını açıqlayıb.

Xatırladaq ki, Avqustun 4-ü səhər saatlarında vulkanda püskürmə başlayıb. Külək təxminən on kilometr hündürlüyə qalxan külü şərq və cənub-şərq istiqamətində aparıb. Kataniyada qırmızı xəbərdarlıq səviyyəsi elan olunub.