SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Əsəd kimi ölkəmdən qaçmayacağam“ - ŞOK AÇIQLAMA
16 Dekabr 2024 17:01 | Baxış sayı: 426
Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının damının uçması nəticəsində 15 nəfər ölüb. Hadisədən sonra ölkədə korrupsiya və səhlənkarlığa qarşı genişmiqyaslı etirazlar başlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, prezident Aleksandar Vuçiç etirazların Qərb tərəfindən maliyyələşdirildiyini və onu devirmək məqsədi güddüyünü iddia edib.
O, Serbiya uğrunda döyüşəcəyini və heç vaxt ölkəsinə xəyanət etməyəcəyini deyib.
Müxalifət Vuçiçi Suriyada hakimiyyətdən devrilən Əsədlə müqayisə edib, onun ölkəni tərk edə biləcəyini irəli sürüb. Vuçiç isə: “Mən heç yerə qaçmayacağam”, - cavabını verib.
Qeyd edək ki, Serbiya hökuməti Rusiya və Çinlə yaxın əlaqələrini qoruyaraq Avropa Birliyinə üzvlüyə çalışır.//Musavat.com